FHN: 300-dən artıq əməkdaş vaksinasiya olunub


“İndiyədək Fövqəladə Hallar Nazirliyinin 300-dən artıq əməkdaşı vaksinasiya olunub”.

“Report”un xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəis müavini Vəfa Dadaşova deyib.

O qeyd edib ki, artıq fevralın 25-dən FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb:

“Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib. Vaksinasiya prosesi könüllüdür”.