top of page

FHN əməkdaşları 84 yaşlı vətəndaşa kömək etdi



Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.


Bu barədə Muğan TV-yə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, ünvana baxış zamanı 1939-cu il təvəllüdlü Ə.Allahyarovun xəstəlik səbəbindən təcili tibbi yardım avtomobilinə aparılmasında yaranan çətinliklə bağlı köməyə ehtiyacı olduğu müəyyən edilib.


Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı xüsusi vasitələrin köməyi ilə təcili tibbi yardım briqadasına təhvil veriblər.

Comments


bottom of page