Fevralda nikaha girmək istəyən 97 nəfərdə sifilis, 21 nəfərdə QİÇS aşkarlanıb


Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.


Muğan TV-nin Report-a istinadən verdiyi xəbərə görə, onların 373-də talassemiya daşıyıcılığı, 97-də sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.


Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.


Qeyd edək ki, 2015-ci ildən indiyədək nikaha daxil olmaq istəyən 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb".