Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.
Muğan tv İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik tərəfindən 62 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edilib.
Qeyd edək ki, İ.Kartalın rəhbərliyi altında "sarı-lacıvərdlilər" Türkiyə Superliqasında son mövsümü 99 xalla ikinci pillədə başa vurub. "Fənərbağça"nın baş məşqçi postuna ən real namizəd portuqaliyalı mütəxəssis Joze Mourinyodur.
Comments