Füzuli rayonuna jurnalistlərin səfəri təşkil olunub (FOTO)


Füzuli rayonuna bir sıra dövlət qurumlarının iştirakı ilə jurnalistlərin səfəri təşkil olunub.

Trend-in məlumatına görə, səfər çərçivəsində jurnalistlər Aşağı Köndələnçay su anbarı ilə, yeni tikilən “Füzuli” yarımstansiyası, Zəfər yolunda inşa edilən körpüdəki işlərlə və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olacaqlar.

Qeyd edək ki, səfərdə Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri də iştirak edir.