top of page

Ermənistanda keçmiş nazir və İrəvanın sabiq meri, ailə üzvləri Baş Prokurorluğa çağırılıbREGİON


Ermənistanın keçmiş energetika və təbii ehtiyatlar naziri, İrəvanın sabiq meri Yervand Zaxarayan, oğlu, qızı və onunla əlaqəsi olan başqa şəxslər Baş Prokurorluğun Qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi İdarəsinə dəvət olunublar.


Muğan TV xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.


Bildirilib ki, zaxaryanlar və onlarla əlaqəsi olan şəxslərin əmlakı üzrə araşdırma aparılıb, yekun nəticə tərtib olunub. Onlar istintaq materialları ilə tanış olmaq, mövqelərini təqdim etmək üçün avqustun 15-də Baş Prokurorluğa dəvət ediliblər.

Qeyd edək ki, Y.Zaxaryan 2003-2009-cu illərdə İrəvanın meri, 2014-2016-cı illərdə isə energetika və təbii ehtiyatlar naziri olub.


Röya Ağayeva

Comentarios


bottom of page