Ermənistanda hakim fraksiyanın üzvü deputatlıqdan istefa verib


Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan deputatı Lusine Yeqanyan istefa verib.

Muğan TV “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb.

Onun barəsində parlamentin saytında məlumat yoxdur. Yeqanyanın deputat səlahiyyətlərindən imtina etməsinin səbəbi hələ ki, məlum deyil.

“Parlamentin reqlamenti”nə əsasən, deputat ərizəni yazandan bir həftə ərzində onu geri götürmürsə, onda ali qanunverici orqanın sədri onun səlahiyyətlərinin başa çatması haqqında uyğun açıqlama ilə çıxış edir.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçirilib.