Ermənistan parlamentində yenidən "ehtiraslar alovlanıb".
Muğan TV Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlamentin iclasında deputatlar bir-birilərini əclaf adlandırıblar.
Deputatlar arasında yaşanan dava səbəbindən fasilə elan edilib və iclasın yayımı dayandırılıb.
Davaya səbəb hakim partiyanın nümayəndələrinin müxalif deputat Vigen Xaçatryana və bütövlükdə müxalifətə irad tutması olub.
“Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da iqtidar nümayəndələrinə sərt cavab verib. Daha sonra spiker Alen Simonyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında söz atışması yaşanıb.
Komentarze