top of page

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinini baş nazir təyin edəcək


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və müavinini bundan sonra baş nazir təyin edəcək.


Muğan TV“Aysor”a istinadən xəbər verir ki, bu barədə qərar layihəsi Ermənistan hökumətinin noyabrın 30-da keçirilən iclasında qəbul olunub.


Bildirilib ki, dəyişiklik qəbul edildikdən sonra MTX-nin direktoru və müavini dövlət məmuru, xidmətin digər zabitləri isə hərbi vəzifəli sayılacaqlar.

Layihə təcili olaraq parlamentə göndərilib.


Qeyd edək ki, bundan əvvəl adıçəkilən vəzifələrə şəxsləri Ermənistan prezidenti təyin edirdi.



Röya Ağayeva

Comments


bottom of page