top of page

Ermənistan məhkəməsi David Tonoyanın həbs qərarını dəyişməyib


Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Muğan TV Ali Məhkəmə Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi işi yeni istintaqa göndərsə də, həbs qətimkan tədbiri dəyişməz qalıb.

Silah alverçisi David Qalstyanın (Patron Davo) yenidən həbsinə gəlincə, qərar ittiham tərəfinin məhkəməyə yeni faktlar təqdim etməsi ilə bağlıdır. Müəyyən olunub ki, o, azadlıqda olarkən cinayət işinin iştirakçılarına qanunsuz təsir göstərməklə istintaqa mane olmağa çalışıb.


Röya Ağayeva

Comments


bottom of page