top of page

Ermənistan KTMT üzvü olaraq qalır


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarından xəbərdardır, lakin rəsmi İrəvan təşkilatın üzvü olaraq qalır. Muğan tv xəbər verir ki, bu barədə TASS-a KTMT-dəki mənbə bildirib.

“Bu, yeni xəbər deyil, durumdan xəbərdarıq. Lakin Ermənistan KTMT üzvü olaraq qalır”, - adı açıqlanmayan mənbə deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkəsinin 2024-cü ildə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyini bəyan etmişdi.

Comments


bottom of page