Ermənistan-İran gömrüyü bağlandı


Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsi bağlanıb.

Muğan Tv Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-ləri yazır.

Bununla əlaqədar gömrük məntəqəsində çoxlu sayda yük maşını toplanıb.

Qeyd olunur ki, nəzarət-buraxılış məntəqəsi Ermənistan dövlət gəlirləri komitəsi sədrinin müavini Şuşanik Nersisyanın göstərişi ilə bağlanıb

Gömrük məntəqəsinin bağlanmasının səbəbi məlum deyil.