Ermənistanın vurduğu ziyana görə indiyədək 5 914 ailəyə ilkin yardım verilib


Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

İndiyə qədər ilkin siyahı üzrə - 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.

Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.