top of page

Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb


İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab matçında nail olub.

Qarşılaşmada beş qola imza atan forvard Lionel Messi və Luis Adrianonun rekordunu təkrarlayıb.

Messi 2012-ci ildə İspaniya "Barselona"sında çıxış edərkən Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qarşı görüşdə, Adriano isə 2014-cü ildə Ukrayna "Şaxtyor"unun heyətində Belarusun BATE klubu ilə oyunda penta-trik edib.

Bundan əlavə, Holann qitənin bir nömrəli klub turnirində 30 qola ən gənc yaşda çatan futbolçudur. Meydana çıxdığı 25 matçda 30 dəfə fərqlənən norveçli hücumçu bu nəticəyə 22 yaş 236 günündə imza atıb.

Comments


bottom of page