top of page

Erlinq Holann "Mançester Siti"nin 94 illik qol rekordunu qırıb


Erlinq Holann İngiltərənin "Mançester Siti" klubunda 94 illik qol rekordunu qırıb.

23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında penta-trik etməklə nail olub.

Qollarının sayını 39-a çatdıran norveçli forvard "şəhərlilər"in heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu adına sahib çıxıb.

Holann 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonu geridə qoyub.

Qeyd edək ki, Erlinq Holann mövsümün əvvəlindən "Mançester Siti"də çıxış edir.

Comments


bottom of page