top of page

Energetika nazirinin Sabirabadda vətəndaş qəbulunun vaxtı açıqlanıb


Energetika naziri Pərviz Şahbazovun noyabrın 30-da Sabirabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.


Muğan TV-nin Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul dekabrın 1-də saat 11:00-dan başlayaraq Sabirabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, H.Əliyev pr. 95a) keçiriləcək. Nazir Sabirabad, Şirvan, Hacıqabul, Saatlı və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.


Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: office.shirvan@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.


Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.



Röya Ağayeva

bottom of page