Elm və təhsil nazirinin 4 müavini olacaq.
Muğan TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş nazirliyin əsasnaməsində öz əksini tapıb.
Yeni əsasnamədə qeyd edilib ki, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini var.
Bildirilib ki, nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Qeyd edək ki, hazırda Elm və təhsil nazirinin 3 müavini var.
Mehriban Mirzəzadə
Comments