top of page

Elcan Rəsulovun vəziyyəti ağırlaşdı, xəstəxanaya tibbi yardım çağırıldı


Bir neçə gün əvvəl aparıcı və aktyor Elcan Rəsulov qəfil səhhəti pisləşdiyinə görə xəstəxanaya yerləşdirilmiş və ödündən əməliyyat olunmuşdu.


Muğan TV-nin xəbərinə görə, aktyorun əməliyyatdan sonra vəziyyəti yenidən pisləşib. O sosial şəbəkə hesabında insanları təəccübləndirən məlumat paylaşıb.

"6 gün müalicə aldığım klinikanın həyətinə başqa klinikanın təcili tibbi yardım maşınını çağırmaq varmış qismətdə" şərhini yazıb.


Röya Ağayeva

bottom of page