DYP: "Bakıda polis xidmətini gücləndirilmiş qaydada davam etdirir”



“Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxt ərazisində polis xidmətini gücləndirilmiş qaydada davam etdirir”.


Bunu Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.


“Bu cür proseslər tədris dövründə də tərəfimizdən davam etdiriləcək. Hazırda Daxili İşlər Nazirliyinin elan etdiyi “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi ilə bağlı məktəblərdə maarifləndirmə işləri aparılır. Tərəfimizdən təhsil ocaqlarında posterlər asılır”, - o vurğulayıb.