
Onun sözlərinə görə, edam cəzasına məhkum edilmiş Britaniya və mərakeşli döyüşçülərin şikayətləri ilə bağlı qərar bir ay ərzində veriləcək.
Qeyd edək ki, Nyuarkdan olan 28 yaşlı Aiden Aslin, Uotforddan olan 48 yaşlı Şaun Pinner və Mərakeş vətəndaşı Saaudun Brahim ələ keçirilərkən Ukrayna silahlı qüvvələrində döyüşüblər.
Ukrayna və qərb ölkələri bu şəxslərin Cenevrə Konvensiyalarına əsasən müdafiə hüququna malik hərbi əsirlər olduğunu bildirib.
Hər üç hərbçi hökmdən apelyasiya şikayəti verib.
Comments