DSX: Azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə yaradılıb



Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissə yaradılıb.


Bu barədə Preziden­tin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respubli­kasının Dövlət Sər­həd Xid­mətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev DSX Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfəri zamanı bildirilib.


Qeyd olunub ki, həmin müddət ərzində 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlayıb.