top of page

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı araşdırma aparılıb


Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Muğan tv xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Comentarios


bottom of page