top of page

DSMF-Malayziyada mükafat aldı




Dövlət Sosial Müdafiə Fondu Malayziyada üç beynəlxalq mükafata layiq görüldü. Bununla bağlı Muğan tv-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Fond “Malaysian Technology Expo 2024” adlı beynəlxalq sərgidə də iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə

Fondu (DSMF) Malayziyada təşkil edilən beynəlxalq müsabiqədə iki layihə ilə iştirak edib.

“International Professional Trade Exhibition&Meeting Planner” beynəlxalq

qurumunun keçirdiyi müsabiqədə münsiflər heyətinin qərarı ilə DSMF “Asiya regionu üzrə

dövlət xidmətləri innovasiyaları - 2024” və “Beynəlxalq innovasiyalar üzrə mükafat”

kateqoriyaları üzrə qalib seçilərək iki beynəlxalq mükafata layiq görülüb.

Həmçinin DSMF daha bir ali mükafata - Tailand Krallığının Milli Tədqiqat Şurası

tərəfindən təltif olunan Qızıl Mükafata da layiq görülüb.

Hər üç mükafat “Malaysian Technology Expo 2024” beynəlxalq sərgisinin təltifetmə

mərasimində təqdim olunub.

DSMF-nin nümayəndə heyəti həmin sərgidə də iştirak edib. Fondun sərgidə yer alan

xüsusi pavilyonunda onun fəaliyyətinə dair materiallar və son dövrdə qazandığı nailiyyətlər

Sərgidə Azərbaycanla yanaşı, Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və

digər ölkələrin dövlət qurumları və özəl şirkətləri də iştirak edib.

Σχόλια


bottom of page