top of page

DSMF Malayziyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanaraq“2024-cü ilin Dövlət Orqanı” mükafatı ilə təltif olunub




DSMF Malayziyada keçirilən beynəlxalq müsabiqədə uğur qazanaraq

“2024-cü ilin Dövlət Orqanı” mükafatı ilə təltif olunub. Bu barədə Muğan tv-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Ölkəmizdə aparılan sosial islahatların uğurları Malayziyanın paytaxtı Kuala Lumpur

şəhərində “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq

qurumunun təşkil etdiyi müsabiqədə də yüksək dəyərləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə

Fondu (DSMF) həmin beynəlxalq müsabiqədə uğur qazanıb.

Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər bir çox ölkələrin dövlət

qurumları və özəl şirkətlərinin iştirak etdiyi müsabiqədə DSMF ən qabaqcıl təcrübəyə görə

beynəlxalq münsiflər tərəfindən “2024-cü ilin Dövlət Orqanı” fəxri adına layiq görülüb.

Beləliklə, Fond 2024-cü ilin ilk rübü ərzində daha 11 beynəlxalq mükafata layiq

görülüb.

Comments


bottom of page