top of page

DSMF Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü




DSMF Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq təşkilatın

Mükəmməllik Sertifikatına layiq görüldü. Bu barədə Muğan tv-yə Nazirlikdən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə

Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “International Business Magazine”

beynəlxalq təşkilatının müsabiqəsində də uğur qazanıb.

Fondun təqdim etdiyi iş “International Business Magazine Awards” adlı həmin

beynəlxalq müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

DSMF “Pension Fund” kateqoriyası üzrə təşkilatın Dayanıqlı Sosial Təminat Siyasəti

üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.

Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki Qaliblərin Siyahısında

Bununla da 2024-cü ilin ötən dövrü ərzində DSMF 16 beynəlxalq mükafatla təltif

edilib.

Comentários


bottom of page