Direktor şagirdin hicabını zorla açdırıb? - Açıqlama



"Direktorun şagirdin başından hicabı açması olduqca yanlış məlumatdır. Direktor yalnız şagirdin anası ilə söhbət edib və bildirib ki, çöldə hicablı olsa da, məktəbə daxil olarkən başını açsın".

Bunu Muğan.TV-yə açıqlamasında Novxanı kənd 1 saylı tam orta məktəbin katibəsi Nəzakət Əliyeva Novxanıda yerləşən 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə yayılan məlumatlar barədə danışarkən deyib. O, yayılan məlumatların həqiqəti əks etdirtmədiyini bildirib:

“Valideyinə şagirdin dərsdən sonra istəsə, yenidən hicabını taxıb, evə gedə bilməsi deyilib. Direktor şagirdin özü ilə qətiyyən bu barədə danışmayıb. Şagird də dərsə daxil olanda başını açdı, evə gedəndə isə yenidən hicabını taxdı. Bizim məktəbdə ümumiyyətlə hicablı şagird yoxdur. Yalnız 7-ci sinifdə oxuyan həmin şagird hicab taxır”.


Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.


Muğan.TV