DİN "Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərlə bağlı xəbərdarlıq edib
top of page

DİN "Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərlə bağlı xəbərdarlıq edib


Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.


Bu barədə Muğan TV-yə DİN-in Mətbuat xidmətindən məlumat verilib.


Həmçinin idarənin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.


Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.



bottom of page