top of page

DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir - FOTO



Muğan TV, Oxu.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumatda qeyd olunub.


Bildirilib ki, Qubadlı rayonunun ərazisində rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.





Comentarios


bottom of page