top of page

DİN Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib



Daxili İşlər Nazirliyi (DİN) Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib.

Muğan TV-nin məlumatına görə, müraciətdə deyilir:


"Əziz həmvətənlər!

Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür.


Bu baxımdan, iyulun 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən Aşura günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.


Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq".


Mehriban Mirzəzadə

Comments


bottom of page