top of page

Daha bir neçə rayon Türkiyəyə humanitar yardım göndərib


Daha bir neçə rayon Türkiyəyə növbəti humanitar yardım göndərib.

Mugantv xəbər verir ki, axşam saatlarında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan icra hakimiyyətinin təşəbbüsü ilə 2 TIR humanitar yardım Türkiyəyə yola düşəcək.

Şamaxı Rayon İcra Hakimiyyətinin müavini Etibar Muradlı bildirib ki, yardım məqsədi ilə qardaş ölkəyə quru qida, generator, isidici və döşəklər göndərilir: "Qardaş ölkəyə yardım göndərilməsini mütəmadi olaraq davam etdirəcəyik".

Comments


bottom of page