Daha bir şəhidin övladı dünyaya gəlib


Bu günlərdə Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib. Dünyaya göz açan şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib.

Yevlax Şəhər İcra Hakimiyyətindən "Report"a bildirilib ki, icra başçısı aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib

Körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verib, onlara hədiyyələr təqdim efiblər. Ailə üzvləri onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını bildirib. Xəstəxanadan evə gələn ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.

Tədbirdə qeyd olunub ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.