top of page

Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb


Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb.


Bu barədə Muğan TV yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.


Röya Ağayeva

Kommentare


bottom of page