Dünyada koronavirusa yoluxanların sayı bir həftədə 8 faiz artıb - ÜST


Ötən həftə ərzində dünyada koronavirusa 3,2 milyondan artıq yoluxma, 60 mindən artıq ölüm halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, ötən həftə ilə müqayisədə ümumi yoluxma hallarının sayı 8 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb:

"Martın 15-dən 21-dək koronavirusa 3 291 060 yoluxma aşkarlanıb, 60 414 nəfər koronavirusdan ölüb. Marıtn 21-i üçün 122 536 880 nəfər koronavirusa yoluxub, 2 703 780 nəfər isə koronavirusdan vəfat edib".