Dövlət qoruğunda qanunsuz balıq ovlayan şəxs saxlanılıb



Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovlayan şəxs saxlanılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Rəşad Musayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.