top of page

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti İƏT-in Dövlət MəşğulluqXidmətləri Şəbəkəsinin 4-cü görüşündə iştirak edib




Təbdirdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti və rəqamsallaşma sahəsində

qabaqcıl təcrübələri ilə bağlı məlumat verilib Bu barədə Muğan tv-yə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq

Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən İslam

Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin (OIC-PESNET) 4-

cü görüşündə iştirak edib.

Tədbir OIC-PESNET Katibliyi, Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim

Mərkəzi və Mərakeş Krallığının Məşğulluq və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi

tərəfindən təşkil olunub.

Əsas məqsəd İƏT-in əməyin təhlükəsizliyi və sağlamlığın qorunması üzrə

şəbəkəsinin 2021-2022-ci illər üzrə İş Planı çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin

nəticələri ilə tanış olmaq, 2024-2026-cı illəri əhatə edən yeni iş planını müzakirə etməkdir.

Agentliyin nümayəndələri təbdirdə qurumun fəaliyyəti və görülən işlər barədə

məlumat verib. Həmçinin Azərbaycanın rəqamsallaşma sahəsində qabaqcıl təcrübələrinin

İƏT-ə üzv ölkələr ilə bölüşülməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində

müzakirələr aparılıb.

Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin 4-cü görüşü

İƏT-ə üzv ölkələrin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti ilə bağlı müzakirələrə və bu

sahə üzrə gələcək işlərin planlaşdırılmasına yönəlib.

Görüşdə eyni zamanda İƏT-ə üzv ölkələrin Məşğulluq Xidmətlərinin institutsional

inkişafına dəstək üçün "Dövlət Məşğulluq Xidmətləri üzrə Potensialın Gücləndirilməsi

Proqramı” (PES-CaB) çərçivəsində yeni İş Planının müvafiq tematik sahələri ilə bağlı fikir

mübadiləsi aparılıb.



Comments


bottom of page