Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq
Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar üçün aktiv məşğulluq
tədbirlərini davam etdirir. Bu barədə Muğan tv-yə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Bu istiqamətdə növbəti tədbir olaraq Agentlik Laçın şəhərində qaz avadanlıqlarının
təmiri və istismarı üzrə çilingər, Füzuli şəhərində mebel ustası və Ağdam şəhərindəki
“Ağdam Sənaye Parkı”nda genişprofilli dəzgahçı peşələri üzrə peşə hazırlığı kursları təşkil
edib.
Qarabağ Peşə Hazırlığı Mərkəzi və işəgötürənlərlə birgə təşkil edilən kurslara Laçın,
Füzuli və Ağdam rayonları üzrə 30 nəfər şəxs cəlb edilib.
Təlimlər xüsusi meyarlar üzrə qiymətləndirilmiş mütəxəssislər tərəfindən həyata
keçirilir. Kursları uğurla başa vuran şəxslərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına
da dəstək göstəriləcək.
Comments