COVID-19 pandemiyasına baxmayaraq, 2020-ci ildə Türkiyədə işsizlik səviyyəsi azalıb


2020-ci ildə Türkiyədə işsizlik səviyyəsi əvvəlki illə müqayisədə 0,5 faiz azalaraq 13,2 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsindən bildirilib.

Məlumatda qeyd edilir ki, COVID-19 pandemiyasına baxmayaraq, 2019-cu il ilə müqayisədə qardaş ölkədə işsizlərin sayı 408 min nəfər azalaraq 4 milyon 61 min nəfər təşkil edib. Türkiyədəki işsiz sayı kişilər arasında 59,8, qadınlarda isə 26,3 faiz azalıb. Bu şəxslərin 17,6 faizi kənd təsərrüfatı, 20,5 faizi sənaye, 5,7 faizi inşaat, 56,2 faizi isə xidmət sektorunda işlə təmin edilib.