top of page

“COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib


Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev ABŞ-ın energetika nazirinin müavini Devid Terk ilə gələcəyin enerji sistemini müzakirə edib.

Muğan tv xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım edilib.

Görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupunun Vaşinqtonda keçirilən yaz iclasının İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası (IMFMeetings) çərçivəsində baş tutub.

“IMFMeetings COP29-dan əvvəl impuls yaratmaq və konsensus əldə etmək üçün bir fürsətdir. COP29 komandası ədalətli və nizamlı enerji keçidini təmin etməklə yanaşı, gələcəyin enerji sistemini necə quracağımızı ABŞ Energetika nazirinin müavini Devid Terk ilə müzakirə edərək bu səyləri davam etdirib”, - məlumatda vurğulanıb.

Comments


bottom of page