Castin Geyci: “Fiziyev mükəmməl rəqs partnyoru idi”
top of page

Castin Geyci: “Fiziyev mükəmməl rəqs partnyoru idi”


“Fiziyev mükəmməl rəqs partnyoru idi”.

Bunu İngiltərənin paytaxtı Londonda keçirilən “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev üzərində qələbə qazanan ABŞ təmsilçisi Castin Geyci deyib.

O, titul uğrunda mübarizəni davam etdirməkdən şad olduğunu söyləyib. Ancaq Geyci uzun müddət döyüşmək barədə düşünmədiyini də etiraf edib: “Bu döyüşün həyəcanlı olmaması mümkün deyildi. Bundan həzz almaq üçün burada olan tamaşaçılara təşəkkür edirəm. Titul üçün daha bir döyüşə çıxacağam. Amma burada daha uzun müddət qalmayacağam”.

Qeyd edək ki, 3 raundluq döyüşün ardından hakimlərin qərarına əsasən, Castin Geyci qalib elan olunub.

bottom of page