
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mağazadan 120 manat pul, tütün məmulatı, kassasında 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını, vətəndaş Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazanın kassasından 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.