top of page

Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxsin durumu açıqlanıb


Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib. Muğan tv xəbər verir ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yol-nəqliyyat hadisəsi səbəbilə 1950-ci il təvəllüdlü (qadın cinsli) şəxs döş qəfəsinin küt travması diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page