İyulun 2-də Cəlilabad şəhərində 7 avtomobilin əzilməsinə səbəb olan sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bu barədə Muğan TV-yə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Onun sözlərinə görə, ötən axşam saat 21 radələrində Cəlilabad şəhər sakini R.Sultanov idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə şəhər ərazisində "ötmək qadağandır" nişanının tələbini pozaraq ötmə əməliyyatı edib və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı ümumilikdə 7 avtomobilə ziyan dəyib. Qəza zamanı xəsarət alan olmayıb.
Sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub.
Comments