
Cəlilabadda mübahisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə Cəlilabaddakı örüş sahələrindən birində baş verib. İlkin məlumata görə, mal-qaranın Şorbaçı kəndindəki başqa örüş sahəsinə girməsi səbəbindən Babalı kənd sakinləri - Qədəmşah Əzizov, onun qardaşı Səməd Əzizov və 12 yaşlı oğlu bir neçə şəxs tərəfindən döyülüb. Mübahisə zamanı qarşı tərəfdən də xəsarət alan olub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır: “Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Comments