top of page

Bundestaq ordunun Nigerdəki missiyada iştirakını təsdiqləyib


Bundestaq Almaniya Silahlı Qüvvələrinin Avropa İttifaqının Nigerdəki missiyasında iştirakını təsdiqləyib. Bundesverin məhdud kontingentinin Nigerə göndərilməsinin lehinə 531 deputat, əleyhinə 102 deputat səs verib, 5 deputat isə bitərəf qalıb.

Mandat 21 may 2024-cü ilə qədər davam edəcək. Missiya Almaniyanın 60-a qədər hərbi silahlı qüvvələrini əhatə edə biləcək.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Avropa İttifaqı Nigerə üçillik missiya göndərmək qərarına gəlib. Onun məqsədi Niger Silahlı Qüvvələrini hazırlamaq, hərbi qurumları dəstəkləmək və silah təchizatıdır. Vəsaitlər Avropa Sülh Fondundan ayrılacaq.

Comments


bottom of page