Bu il tədris əyani olacaq




"Məktəblərdə 5 günlük dərs qrafiki olacaq".


Muğan TV xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.


Nazir bildirib ki, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.


Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib.


Nazir bunu yoluxma hallarının artımı ilə əlaqələndirib.


O qeyd edib ki, verilən qərar ən optimal qərardır: "İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçərək yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə məktəbləri açıb bağlanmaqdansa davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır".


Nazir əlavə edib ki, gec başlanılan günləri noyabr tətili günləri ilə əvəzləyə bilərik.