Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama
top of page

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən açıqlama


Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələki məlumat verilməyib.


Bunu Muğan TV-yə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.


Bildirilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:


"Hələki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.


Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə zyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq".


bottom of page