Bu gün aprel döyüşlərin başlamasından 5 il ötür - VİDEO - REPORTAJ
top of page

Bu gün aprel döyüşlərin başlamasından 5 il ötür - VİDEO - REPORTAJ


Aprelin 1-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Aprel döyüşləri” nə həsr edilən tədbir keçirilib.


Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, millət vəkili Ceyhun Məmmədov, şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva, şəhid mayor Elnur Əliyevin həyat yoldaşı Nuranə Məmmədova, şəhid Mahir Quliyevin anası Lalə Quliyeva, şəhid Rəşad Niftəliyevin anası Fərqanə Niftəliyeva və şəhid Fəxrəddin Qurbanovun atası Seyfəddin Qurbanov və KİV nümayəndələri iştirak edib.


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında gənclərə vətənpərvərlik hisslərinin aşılanmasının əhəmiyyətindən danışaraq, Vətənin müdafiəsi uğrunda canından, qanından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs vəzifəsi və borcu olduğunu, onların şücaətinin heç vaxt diqqətdən kənarda qalmadığını, ailə üzvlərinin qayğı və problemlərinin daima diqqətdə saxlandığını qeyd edərək, hər bir gənci Vətənimizə, dövlətimizə layiqli vətəndaş olmağa səsləyib.


Sevinc Orucova MuğanTV-yə müsahibəsində vətənpərvərliyi hər zaman təbliğ etməsi ilə bağlı tədbirlər keçirdiklərini vurğulayıb.


Tədbirdə iştirak edən Millət Vəkili Ceyhun Məmmədov zəfərin başlanğıcı olan “Aprel döyüşləri” və Vətən müharibəsində bizə böyük qələbəni yaşadan qəhrəman Azərbaycan oğullarının igidliklərindən danışıb. Şəhidlik zirvəsinin ən uca zirvə olduğunu qeyd edib.

Millət vəkili Muğan TV-yə müsahibəsində “Aprel döyüşləri” nin əhəmiyyəti haqda danışıb. “Aprel döyüşləri”- nin Azərbaycan tarixində qızıl hərflərlə yazılan hadisələrdən biri olduğunu söyləyib.


Şəhid Mahir Quliyevin anası Lalə Quliyeva isə Muğan TV-yə müsahibəsində şəhid olan oğlunun həyatından və onun döyüşdə göstərdiyi şücaiətindən danışıb.


Tədbirdə həmçinin bir sıra mövzular müzakirə olunub və Aprel döyüşləri ilə bağlı hazırlanan videoçarxlar nümayiş etdirilib.


Həmin video reportajı təqdim edirik:


Şahnun Qasımova

Elnur Ağayev

Muğan TV


bottom of page