Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 minik avtomobili Laçından Xankəndi, 2 yük maşını isə Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 37-yə çatıb.
Comentarios