Bu gün 40 azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub



“Bu gün 40 nəfər azərbaycanlı Nikolayevdən Odessaya təxliyə olunub”.


Muğan Tv bildirir ki,bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) deyib.

O bildirib ki, həmin şəxslər Odessadan Moldova sərhədinə göndəriləcək, Moldovadan isə Rumıniya vasitəsilə Azərbaycana yola salınacaqlar.


Qeyd edək ki, ötən gecə Ukraynanın Nikolayev şəhəri güclü raket zərbələrinə məruz qalıb.