top of page

Britaniya XİN: “Rusiyanın atəşkəs tətbiqi sülh perspektivlərini inkişaf etdirməyəcək”


“Rusiyanın hücumları 36 saatlıq dayandırması qərarı sülh perspektivlərini inkişaf etdirməyəcək”.

Mugantv xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiya öz qüvvələrini həmişəlik geri çəkməlidir: “Rusiya Ukrayna ərazisinə qanunsuz nəzarətindən əl çəkməli və günahsız mülki şəxslərə qarşı vəhşi hücumlarına son qoymalıdır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.

Commentaires


bottom of page